Bitkoin 60 min dollar həddini keçdi - FOTO

01:00 16-10-2021 393

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin (BTC) bahalaşmaqda davam edir.

Ötən gün axşam saatlarında rəqəmsal pulun dəyəri 60 min dollar həddini aşıb.

Qeyd edək ki, indiyədək BTC-nin ən yüksək qiyməti 64 854 dollar olmaqla aprelin 14-də qeydə alınıb.

Ekspertlərin proqnozlarına əsasən, ilin sonunadək kriptovalyuta 100 min dollaradək bahalaşa bilər.