Aİ-Çin Sammiti keçiriləcək

06:40 16-10-2021 425

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı olub.

Bu barədə Aİ Şurası başçısı özünün “Twitter” səhifəsində məlumat verib.

O bildirilb ki, söhbət zamanı ikitərəfli əlaqələr, həmçinin beynəlxalq gündəm, xüsusilə də Əfqanıstan mövzusu müzakirə edilib.

Həmçinin, Aİ-Çin Sammitinin təşkili barədə razılıq əldə olunub.