“Berlin” İstanbulda yeni kitabını təqdim etdi – VİDEO

08:00 16-10-2021 521

Populyar “La Casa de Papel” serialının qəhrəmanlarından biri, ekran əsərində “Berlin” obrazını canlandıran Pedro Alonso İstanbulda yeni kitabını təqdim edib.

“CVK Park Bosphorus Hotel”də təşkil edilən mətbuat konfransında o, jurnalistlərə yazıçılıq və aktyorluq karyerası ilə bağlı məlumat verib. Məşhur yeni əsərində özünü tapdığını bildirib.

“Kitab mənim hər gün çalışdığım bir həqiqəti ortaya qoydu. Nədir bu? Dürüst olmaq. Dürüst olmalıyıq. Amma təəssüf ki, hər zaman bunu bacarmırıq”, - deyə tanınmış aktyor bəyan edib.

Mənbə: “Haber Global”