Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:20 16-10-2021 398

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə final görüşünə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ramazan Abdulayevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.