Betmen barədə yeni filmin treyleri təqdim olunub – VİDEO

08:40 18-10-2021 496

Hollivudun “Warner Bros. Pictures” kinostudiyası Betmen barədə yeni filmin rəsmi treylerini təqdim edib.

Təqdimat videosu studiyanın sosial şəbəkə səhifələrində paylaşılıb.

Filmdə komiks qəhrəmanını “Alatoranlıq” silsiləsindən tamaşaçılara yaxşı tanış olan Robert Pattinson canlandırıb.

Yeni “Betmen”in rejissoru Mett Rivzdir.

Ekran əsəri martın 3-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.