Məşhur fotoqraf Xudafərin körpüsündən paylaşım etdi - FOTO

16:20 21-10-2021 357

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati Xudafərin körpüsündə çəkilmiş fotolarını paylaşıb.

“13-cü əsrə aid Xudafərin körpüləri Böyük İpək yolu zamanında Azərbaycan və İran arasında əsl təbii sərhəd rolu oynayan Arazı keçmək üçün istifadə olunan iki tarixi körpüdür. Gözlərim çayı ötüb, 1981-ci ildən çıxdığım və bir daha ora qayıda bilmədiyim İrana düşdü.

1993-cü ildən 2020-ci ilin oktyabrına qədər Cəbrayıl rayonu erməni qoşunları tərəfindən işğal edilib. 2020-ci ilin 18 oktyabrından Azərbaycan ordusu regiona və bu tarixi, simvolik abidələrə nəzarəti geri qaytardı”, - deyə o bildirib.

Fotoqraf həmçinin 27 il sonra Cəbrayıl sakinlərinin öz dogma torpaqlarını görmək şansı əldə etdiklərini də qeyd edib.