Hindistan və Nepaldakı daşqınlarda ölənlərin sayı artıb

01:00 23-10-2021 353

Hindistanın Uttarakahand və Kerala, həmçinin Nepalın bəzi bölgələrində aramsız yağışlar səbəbindən meydana gələn daşqınlarda ölənlərin sayı artıb.

Hər iki ölkədə təbii fəlakət qurbanlarının sayı toplam 200 nəfəri ötüb.

Onlardan 104-nün Nepal sakinləri olduğu bildirilib. Həmçinin, onlarla insanın itkin düşdüyü qeyd edilib.

Hazırda fəlakət bölgələrində axtarış-xilasetmə işləri davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.

Mənbə: CNN