Dünyanın ən uzun “lokdaun”u sona çatdı

01:40 23-10-2021 340

Avstraliyanın Melburn şəhərində koronavirusa görə tətbiq edilən qadağalar sona çatıb.

Virusun yayılmağa başladığı 2020-ci ilin mart ayından bu yana şəhərdə fərqli tarixlərdə 6 dəfə tam, ümimilikdə 263 gün ərzində qapanma olub.

Peyvəndləmədə istənilən səviyyəyə əldə edildikdən sonra, 1 noyabrdan etibarən Melburnun mərkəz olduğu Viktoriya əyaləti beynəlxalq sərhədləri yenidən açacaq. Əyalətə gələn, hər iki doza peyvəndi vurduran turistlər təyyarəyə minməzdən əvvəl COVID-19 testinin mənfi nəticəsini göstərsələr, 14 günlük hotel karantininə alınmayacaqlar.

Əyalətdə bəzi iş yerləri sosial məsafə qaydalarına riayət edilməklə yenidən açılıb, gecə komendant saatı ləğv edilib. Hər iki dozada COVID-19 peyvəndi alanların evdə 10, açıq yerlərdə isə 15 nəfərlə toplanmasına icazə verilib.

263 gün ərzində tamamilə bağlanan Melburn, 234 gün bağlanan Argentinanın paytaxtı Buenos Ayresi keçərək dünyanın ən uzun qapanan şəhəri olub.

Mənbə: “Anadolu” agentliyi