Maleviçin “Qara kvadrat”ı daha heç vaxt Tretyakov qalereyasını tərk etməyəcək

05:18 21-08-2019 964

Kazemir Maleviçin 1915-ci ildə çəkdiyi “Qara kvadrat” rəsmisi daha heç bir vaxt Tretyakov qalereyasını tərk etməyəcək.

Bu haqda qalereyanın baş direktoru Zelfira Trequlova “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Daimi ekspozisiyada hər zaman birinci, 1915-ci ilin əsəri nümayiş olunub. Sonuncu dəfə o 2003-cü ildə Nyu-Yorkda keçirilən “Maleviçin supermatizmi” sərgisinə göndərilib. O vaxtdan əsər Tretyakovkanı tərk etməyib və etməyəcək də. Məsələ təhlükəsizlikdə deyil. Dünya incəsənətinin ən vacib əsərlərdən birini biz daha əldən buraxmaq istəmirik”, - deyə, Z.Trequlova bildirib.

Direktor onu da qeyd edib ki, Tretyakov qalereyasında hazırda iki “Qara kvadrat” nümayiş olunur: 1915-ci ildə çəkilən rəsm, və onun 1929-cu ildə hazırlanan təkrarı.

Bundan əlavə Maleviçin cəkdiyi təkrar “Qara kvadrat”lar Rusiya və Ermitaj muzeylərində nümayiş olunur.