Prezident: “Məndən də tələbələrə salam söylə” - VİDEO

10:20 26-10-2021 486

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Görüş zamanı İlham Əliyev tələbələrlə söhbətləşib:

Prezident İlham Əliyev: Harada oxuyursan?

Tələbə oğlan: Mən məktəbdə respublika birincisi oldum. Bakı Ali Neft Məktəbində oxuyuram.

Prezident İlham Əliyev: Neft məktəbində? Neçənci kursda?

Tələbə oğlan: Birinci kurs.

Prezident İlham Əliyev: Birinci kurs. Hə, çox yaxşı.

Tələbə qız: Mən də Bakı Ali Neft Məktəbində oxuyuram. Tələbələrimizin Sizə salamı var.

Prezident İlham Əliyev: Çox sağ ol, məndən də tələbələrə salam söylə. Çox sağ ol.