“Barselona” rəhbərliyinin səbir kasası daşdı: Kuman istefaya göndərildi

09:40 28-10-2021 36

“Barselona” klubunun niderlandlı baş məşqçisi Ronald Kuman tutduğu postdan kənarlaşdırılıb.

Bu gecə Kataloniya klubunun rəhbərliyi 58 yaşlı mütəxəssisin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Qərar İspaniya La Liqasının XI turunda “Rayo Valyekano” ilə oyundan sonra verilib.

Səfərdə 0:1 hesablı məğlubiyyətin ardından “Barselona” prezidenti Xuan Laporta R.Kumanın istefaya göndərildiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəlki turda “Barselona” evdə Madrid “Real”ına 1:2 hesabı ilə uduzub.

Hazırda “Barselona” futbol üzrə İspaniya çempionatında 10 görüşdən sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Mənbə: Fcbarcelona.com