Azərbaycana ən çox hansı ölkələrdən turist gəlir? - TOP 5

12:00 28-10-2021 34

2021-ci ilin doqquz ayı ərzində Azərbaycana 515 280 əcnəbi turist gəlib.

HerGun.Az xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” adlı hesabatında öz əksini tapıb.

Qeyd edilən əcnəbi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azdır. Təkcə sentyabr ayında isə ölkəmizə 72 686 nəfər əcnəbi səfər edib, bu isə 2020-ci ilin eyni dövrünə nisbətən 2 dəfəyə qədər çoxdur.

Sentyabr ayında ən çox əcnəbinin gəldiyi 5 ölkə - Türkiyə (20 186), Rusiya (18 967), İran (16 270), Gürcüstan (5 503) və Ukrayna (1270) olub.

Nigar Məmmədova