Azərbaycanda daha 2420 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb - FOTO

17:40 28-10-2021 358

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 032 nəfər müalicə olunaraq sağalıb, 6 995 nəfər vəfat edib. 28 761 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 827, bu günə qədər isə ümumilikdə 5 158 035 test icra olunub.