“Barselona”ya müvəqqəti baş məşqçi təyin olunub

18:20 28-10-2021 30

“Barselona”ya müvəqqəti baş məşqçilik edəcək şəxsin adı məlum olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yeni çalışdırıcı təyin olunana qədər kataloniyalılara “Barselona B”nin baş məşqçisi Serxi Barxuan rəhbərlik edəcək.

Klub prezidenti Joan Laporta bu gün onu məşqçilər korpusuna və futbolçu heyətində təqdim edəcək.

Qeyd edək ki, niderlandlı mütəxəssis Ronald Kuman istefaya göndəriləndən sonra Xavi Ernandesin baş məşqçi postuna gətirilməsi gözlənilir.

Mənbə: Fcbarcelona.com