Hərbi pilot Rəşad Atakişiyev dəfn edildi - FOTO

11:45 21-08-2019 1080

Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.

HerGun.Az xəbər verir ki, dəfndə mərhumun yaxınları, ailə üzvləri, Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Vida mərasimindən sonra R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin "qara qutu"su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.