Məşhur avtomobil markasının iki ekzotik modeli - FOTO

07:40 03-11-2021 538

“Range Rover” öz mühafizəkarlığı ilə seçilsə də, onun tarixində kifayət qədər ekzotik modellər olub. Nümunə kimi onlardan ikisini – limuzin və pikapı göstərə bilərik.

“Range Rover Sentinel” britaniyalı avtomobil istehsalçısı tərəfindən hazırlanan zirehli modeldir. Almaniyanın “Klassen” tüninq atelyesi isə daha uzağa gedərək onu limuzinə çevirib.

Avtomobilin təkər bazası bir metr artırılaraq 6.2 metrə çatdırılıb. Həmçinin, tavanı, sağ və sol tərəfləri, alt hissəsi və şüşələri gücləndirilib. Bununla yanaşı, yanğınsöndürmə sistemi, oksigen ehtiyatı və “Pirelli” təkərləri əlavə olunub.

Hazırda “Klassen”in adi “Range Rover Sentinel” limuzini 750 min avro, zirehli versiyası 1 milyon avro, təkmilləşdirilmiş və ən təhlükəsiz zirehli variantı isə 1.2 milyon avroya təklif olunur.

“Startech” avtoatelyesinin “Range Rover Pickup” modeli də Britaniya markasının qeyri-adi versiyalarındandır. Onun başlıca özəlliyi yolzusluq avtomobilinin pikapa çevrilməsidir.

Ekzotik avto 533 at gücünə malik V8 kompressor mühərrikilə təchiz olunub. Modelin xüsusi pnevmatik asqısı kuzovun ənənəvi versiyalarla müqayisədə 40 mm daha aşağı enməsini təmin edir.

Avtomobilin arxa şüşəsi “T” formasındadır. Onun tavanında isə yeni spoyler quraşdırılıb. Pikapın qiyməti barədə məlumat yoxdur.

Mənbə: motor.ru