Bricit Bordo cərimələndi

08:20 05-11-2021 441

Vaxtilə çox məşhur fotomodel, aktrisa və yazıçı olan 86 yaşlı Bricit Bardo yenə cərimə olunub.

Hazırda heyvan hüquqları müdafiçisi kimi fəaliyyət göstərən keçmiş gözəlçə milli zəmində düşmənçilik yaratmaqda günahkar bilinib.

Belə ki, o, itlərdən köpək balıqlarına yem kimi istifadə etdikləri, həmçinin ayin zamanı keçiləri öldürdükləri üçün Fransaya məxsus Reyunyon adasının sakinlərini degenerat və aborigen adlandırıb.

Məhkəmənin qərarı ilə kinoulduz 20 min avro cərimə edilib.

Qeyd edək ki, son illərdə Bordonun kəskin ifadələrinə görə iri məbləğdə cərimələnməsi artıq adi hal alıb.

Mənbə: “France Info”