Aygün Kazımova və Emin Ağalarovun dueti təqdim olundu - VİDEO

13:40 09-11-2021 397

Azərbaycanın Xalq artistləri Aygün Kazımova və Emin Ağalarov Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan” adlı duetlərini təqdim ediblər.

Bu barədə müğənni Aygün Kazımova “Twitter” hesabında paylaşım edib.

“Bu gün dünya azərbaycanlıları üçün əlamətdar gün – Dövlət Bayrağı Günüdür! Dostum – Azərbaycanın Xalq artisti Eminlə birlikdə həyəcan və qürurla “Azərbaycan” adlı duetimizi sizə təqdim edirik!”, - deyə A.Kazımova bildirib.