Arktika üçün xüsusi yolsuzluq avtobusu hazırlanır

05:20 10-11-2021 483

Arktika şəraitində istifadə üçün xüsusi yolsuzluq avtobusu istehsal olunacaq. Bu layihəni Rusiyanın Ural Avtomobil Zavodu həyata keçirəcək.

Hazırda prototip hazırlanır. Qeyd olunur ki, avtomobil həyati dəstək sistemi ilə təchiz olunacaq. Bundan əlavə, Arktikanın kövrək üst qatını qorumaq üçün nəqliyyatda böyük ölçülü aşağı təzyiqli təkərlər quraşdırılacaq. Bu dizayn maşının dərin qardan, bataqlıq ərazilərdən, eləcə də aşağı daşıma qabiliyyəti olan torpaqlardan keçməsinə imkan verəcək.

Yolsuzluq maşınında tibbi kabinetlər, sinif otaqları, həmçinin laboratoriyaları, tibbi müayinə məntəqələri və peyvənd mərkəzlərini daşımaq mümkün olacaq.

Arktika avtobusunun sınağı 2023-cü ilə planlaşdırılıb.

Mənbə: 5 koleso