Lionel Messi yeddinci dəfə “Qızıl top” mükafatını qazanıb - FOTO
01:00 30-11-2021 438
Parisdə “France Football” nəşri trəfindən təsis olunmuş “Qızıl top” mükafatının təqdimetmə mərasimi keçirilib.
HerGun.Az xəbər verir ki, dünya futbolunda ən nüfuzlu fərdi mükafatın builki sahibi Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messi olub.
Forvard yeddinci dəfə “Qızıl top”a yiyələnib.
Qeyd edək ki, “Qızıl top” mükafatı 1956-cı ildə təsis edilib və hər il dünya futbolunun ən yaxşılarına təqdim olunub. Yalnız 2020-ci ildə keçiriləcək mərasim koronavirus pandemiyası səbəbindən ləğv edilib.
HERE IS THE WINNER!
— Ballon d'Or #ballondor (@francefootball) November 29, 2021
SEVEN BALLON D’OR FOR LIONEL MESSI! #ballondor pic.twitter.com/U2SywJmruC