Hansı temperaturda avtomobil sürmək təhlükəlidir? Mütəxəssisdən tövsiyə

03:00 01-12-2021 514

Avtomobil idarə etmək üçün təhlükəli bədən istiliyi 37,5 dərəcə və yuxarıdır.

Bu barədə rusiyalı terapevt Andrey Zvonkov xəbərdarlıq edib.

O, qızdırmalı halda maşın sürməməyə çağırıb. 

“Vəziyyət epidemikdir, ona görə də istənilən temperatur iltihab prosesindən və COVID-19-dan xəbər verə bilər. İnsanın halı qəfil dəyişə bilər; özünü yaxşı hiss etsə də, yarım saat ərzində huşunu itirə bilər”, - deyə mütəxəssis əlavə edib.

Bu səbəbdən həkim xəstə vəziyyətdə avtomobil idarə etməyin həm sürücünün özü, həm də ətrafındakılar üçün təhlükəli ola biləcəyini vurğulayıb.

“Maşın sürməyə başlayanda temperaturun 37,2 dərəcəni göstərsə də, evə çatanda bu göstərici 38,5 dərəcə ola bilər”, - o, əlavə edib.

Zvonkov onu da əlavə etdi ki, hər dəfə sükan arxasına keçməzdən əvvəl temperatur və təzyiq ölçülməlidir, çünki indiki zamanda yalnız hisslərə arxalanmaq olmaz.

“Xəstə insan öz vəziyyətini adekvat qiymətləndirmir. O, bunu şişirdə, ya da əksinə az qiymətləndirə bilər”, - deyə həkim sözlərini yekunlaşdırıb.