“Omikron” daha iki ölkəyə çatdı

07:00 02-12-2021 361

Koronavirusun “Omikron” ştammı Qana dövlətində qeydə alınıb.

Virus Nigeriyadan və CAR-dan gələn şəxslərdə aşkarlanıb. Qananın səhiyyə naziri Kvaku Ajiman-Manu 2022-ci ilin yanvarına qədər ölkədə vaksinasiyanın sürətini artırmaq niyətində olduqlarını bildirib.

İrlandiyada da “Omikron” ştammına yoluxma aşkar edilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Virusun sözügedən variantının bir nəfərdə müəyyən edildiyi bildirilir. Həmin şəxs İrlandiyaya virusun müəyyən edildiyi yeddi Afrika ölkəsinin birindən gəlib.

Mənbə: TASS