Flora Kərimova: “İlhamə Quliyeva axırda urvatsız getdi, onu heç vaxt bağışlamayacağam” - VİDEO

18:00 03-12-2021 395

“Mən İlhamə Quliyevanı dünyasını dəyişsə belə, bağışlamıram”.

Bu sözləri Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” verilişində Flora Kərimova söyləyib.

O, keçmiş həmkarı və uzun illərdir küsülü qaldığı İlhamə Quliyevanın ölüm xəbərini eşitdiyi zaman heyifsiləndiyini qeyd edib:

“Mən onu heç bir zaman bağışlamayacağam. Ölməsinə baxmayaraq, yenə də onu bağışlamıram. Eşidəndə ki ölüb, heyifsiləndim. Çünki o adam əziyyətlə yaşadı. Nə sevincinə sevindi, nə də itkisinə kədərləndi. Gah bu divara, gah da o divara vuruldu. Axırda da urvatsız getdi”.

Daha ətraflı süjetdə: