ABŞ-da 70 uşağa vaxtı keçmiş koronavirus vaksini vurulub

04:00 04-12-2021 365

ABŞ-da 70 uşağa vaxtı keçmiş koronavirus peyvəndi vurulub. Onların revaksinasiyaya ehtiyacı olacaq.

Hadisə Merilend ştatında baş verib.

Qeyd edilir ki, 5 yaşdan 11 yaşa qədər olan 70 uşağın valideynlərinə məlumat verilib.

Vaxtı keçmiş peyvənd vurulan uşaqları bununla bağlı təhlükə gözləmir. Bununla belə, onlara koronavirusa qarşı maksimum qorunma təmin etmək üçün yenidən peyvənd vurdurmaq tövsiyə olunub.

Mənbə: İzvestiya