Çalhanoğlu A Seriyasında ötən ayın ən yaxşı oyunçusu seçildi

20:00 07-12-2021 402

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu A Seriyasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.

Ötən ay 27 yaşlı türkiyəli yarımmüdafiəçi İtaliya çempionatında 3 oyun keçirib və 3 qol vurub.

Futbolçu “Milan” (1:1), “Napoli” (3:2) və “Venesiya”ya (2:0) qarşı oyunlarda fərqlənib.

Mənbə: Sports.ru