Zidan PSJ ilə müqaviləsini razılaşdırıb və yayda komandaya rəhbərlik edəcək

21:00 09-01-2022 478

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan PSJ ilə müqaviləsini razılaşdırıb.

Xarici mətbuatın məlumatına görə, mütəxəssis yayda kluba rəhbərlik edəcək.

Bildirilib ki, PSJ rəhbərliyi komandanın hazırkı çalışdırıcısı Maurisio Poçettinoya güvənmədiyi üçün fransalı məşqçiyə müraciət edib.

Qeyd edək ki, 49 yaşlı Zidan 2021-ci ilin yayından “Real Madrid”dən ayrıldıqdan sonra işsiz qalıb.

Mənbə: championat.com