Arıqlamağa mane olan üç böyük səhv açıqlanıb - FOTO

05:00 15-01-2022 428

Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur.

Bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib.

Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir.

“Arıqlamaq üçün gündə ən azı səkkiz stəkan təmiz su içmək lazımdır. Su orqanizmdən zərərli maddələri və tullantıları çıxarır, iştahı azaldır. Təmiz suyu başqa yüksək kalorili içkilərlə əvəz etməyin”, - deyə mütəxəssis bildirib.

O, ikinci böyük səhvin yağ qəbulu ilə bağlı olduğunu deyib.

“Arıqlamaq istəyən qızlar yüksək kalorili olduğuna görə yağ istehlakından çəkinirlər. Amma kifayət qədər yağ olmadıqda, yağda həll olunan vitaminlər mənimsənilmir. Bu, böyük sağlamlıq problemlərinə gətirib çıxarır. Yağların deyil, karbohidratların miqdarını azaltmaq daha vacibdir”.

Arıqlamaq istəyənlər üçün üçüncü böyük səhv kimi isə nutrisioloq rasionda zülalın olmamasını göstərdi. “Zülal əzələ kütləsinin saxlanmasında və bədən yağının yandırılmasında əsas rol oynayır. Hər yeməkdə zülallı qidaları daxil edin. Onlar boşqabın ən azı 1/4 hissəsi olmalıdır. Qidalanma mövzusunu hələ başa düşməyənlər üçün tövsiyəm: axşam yeməyi ilə arıqlamağa başlayın. Səhər yeməyi bol olmalıdır, o zaman gün ərzində zərərli yeməklər istəməyəcəksiniz. Arıqlamaq üçün ideal şam yeməyi isə belədir: zülal+lif”, - deyə Drobışev sözlərini yekunlaşdırıb.

Mənbə: RİA Novosti