Beyləqanda “Çempionumuzu” tanıyaq sosial idman layihəsi həyata keçirilir

11:09 12-02-2022 3456

       10 yanvar 2022-ci tarixdə Beyləqan rayon R.Abbasov adına şəhər 4 nömrəli tam orta məktəbdə Rayon Təhsil Şöbəsinin və Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə “Çempionumuzu” tanıyaq sosial idman layihəsi çərçivəsində  Əməkdar məşqiçi Hüseynov Nofəl və onun yetirməsi, idman ustası, sərbəst güləş üzrə 74 kq çəki drərəcəsində 2013-cü ildə gənclər arasında Makedoniyada keçirilən Avropa  çempionatında  Avropa ikincisi,  Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya birinciliyində  dünya üçüncüsü,2016-cı ildə  isə 80 kq çəki dərəcəsində Milli güləş üzrə Avropanın Novıy sad şəhərində Avropa 2-cisi,  Qırğızıstanda keçirilən  Dünya çempionatında isə I yerin qalibi, dəfələrlə Beynəlxalq yarışların qalibi , 2007-2013-cü illərdə sərbəst güləş üzrə Azərbaycan  çempionatının qalibl və mükafatçısı yığma komandanın üzvü olmuş İsrafilli Bəxtiyar Elman oğlu ilə şagirdlərin görüşü keçirildi. Görüş başlamazdan əvvəl tədbir iştirakçıları birinci Qarabağ və 44 gün davam edən Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

     Tədbirdə Beyləqan rayon R.Abbasov adına 4 nömrəli tam orta məktəbin direktoru Tamella Quliyeva, məktəbin müəllim və şagirdləri,rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakir Həsənov, Rayon Təhsil Şöbəsinin məsul işçisi Anar Yaqubov, rayon Uşaq Gənclər İdman Şahmat  mıktəbinin  direktor  müavini Etibar müəllim, “Quruluş” qəzetinin təsisçisi və baş redaktoru,AYB,AJB-nin üzvü Elman İsrafiloğlu, “Quruluş” qəzetinin redaktoru, AJB-nin üzvü,voleybol üzrə SSRİ idman ustası Binnət Əliyev iştirak etmişlər.Tədbiri açıq elan edən  məktəbin direktoru T.Quliyeva qonaqları  salamladı, məktəbin uğurlarından söz açdı. Ölkəmizdə idmana göstərilən qayğədan danışdı.

Çıxış edənlərdən B.Həsənov, A.Yaqubov, E.İsrafiloğlu, Etibar müəllim bildirmişlər ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan Rüspublikasının  Prezidenti cənab İlham Əliyev idmana, idmançılara  daima diqqət və qayğı göstərir. 

Elə bunun nəticəsidir ki, idmançılarımız  beynəlxalq yarışlarda Azərbaycanın  üç rəngli bayrağını zirvələrdə dalğalandırırlar. Sonda  çıxış edən natiqlər  bildirdilər ki,görüşdə əsas məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin və idmanın təbliğ edilməsi,bədən tərbiyəsi və idman sahəsinin maarifləndirməsindən ibarətdir

 

Tədbirin sonunda məktəbin direktoru T.Quliyeva  şıxış edərək belə tədbirlərin keçirilməsinin  əhəmiyyətindən danışdı və qonaqlara  məktəbin pedaqoji kollektivi adından  təşəkkürünü bildirdi.