İş adamı Emil Səməndərov Ramazan bayramında XEYİRXAHLIQ ƏMƏLİNƏ SADIQ QALDI - FOTO + VİDEO

13:54 04-05-2022 873

Pandemiyanın geniş  vüsət aldığı dönəmdə aztəminatlı ailələrə, eləcə də 44 günlük müharibə ərzində ehtiyacı olan Qazi və şəhid ailələrinə yardım edən iş adamı Emil Səməndərov bu ənənəsinə sadiq qalıb.

Hergun.az xəbər verir ki, tanınmış iş adamının göstərişi ilə rəhbəri olduğu şirkətlərin əməkdaşları həmin ailələrin qapısına üz tutublar.  “Real Boya” şirkətinin icraçı direktoru Fəxrəddin Nağıyev həm iş adamı Emil Səməndərovun, həm də öz  adından səmimi təbrikləri çatdırıb və bayram sovqatları təqdim ediblər. 

Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə iş adamına dərin təşəkkürünü bildirib.

Emil Səməndərovun bayram təbrikini təqdim edirik: 

"Müsəlmanların əziz bayramı olan Ramazan Bayramı münasibəti ilə təbrik edirəm.  Xalqımıza sağlamlıq, hüzur, xoşbəxtlik, bolluq və bərəkət arzulayırıq, Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.  Bildirmliyəm ki, şəhid ailələri, qazilər, o cümlədən aztəminatlı ailələr təkcə bayramlarda deyil, hər zaman diqqət mərkəzində olmalıdır.

Biz bundan sonra da yardıma ehtiyacı olan insanlara yardım etmək, köməklik göstərmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

44 günlük zəfərlər illərin həsrətinə son qoyuldu. Bu qələbəni bizə başda Ali Baş komandan olmaqla Azərbaycan ordusu, Azərbaycan zabit və əsgərləri qazandırdı. Biz şəhidlərimizin ruhları qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfa diləyirik".