Ümidverici karateçi

22:07 04-06-2022 2292

      Qasımov Elmir Vüqar oğlu-19 avqust 2011-ci ildə Beyləqan şəhərində anadan olmuş, hazırda Fərman Hacıyev adına Beyləqan şəhər 2 saylı tam orta məktəbin V sinfində oxuyur.

      Elmir təhsil almaqla yanaşı məktəbdə keçirilən tədbirlərdə də fəal iştirak edir. Ona görə Elmir Qasımov bir neçə Fəxri fərman və diplomlara layiq görülmüşdür.

    Bununla bərabər Elmir Qasımov Beyləqan şəhər Olimpiya İdman Kompleksində fəaliyət göstərən  Döyüşçü Əlbəyaxa Karate Klubunda karate idman növü ilə məşğul olur.  Elmir Qasımov  karate idman növünün incəliklərini və xüsusiyyətlərini bildiyini sübut etdiyinə görə 09 may 2022-ci il tarixdə həmin Klubun rəhbərliyi tərəfindən 8 KYU (göy kəmər) dərəcəsinə layiq görülmüş və bununla əlaqədar ona rəsmi sertifikat təqdim edilmişdir. Elmirin müəllimi  Klubun rəhbəri İlham Quliyevə  təşəkkür edirik.

Elmir Qasımova isə yeni yeni nailiyyətlər arzulayırıq.