Xarici borcumuzun aşağı səviyyədə olması-ümumidaxili məhsulun yalnız 12.5%-ni təşkil etməsi münbit iqtisadi şərait yaradır

23:45 07-06-2022 981

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısının nitqindəki bir məqama diqqət yetirmək istərdim.Bu məqam, hökumətin dövlət borcu idarəçiliyi strategiyasının uğurla reallaşdırılması ilə bağlıdır. Məlumat üçün bildirim ki, ölkə rəhbəri dövlət borcunun idarə edilməsində səmərəliliyə nail olunmasına hər zaman mühüm önəm verir.Məhz  bunun nəticəsidir ki, hazırda Azərbaycanın xarici borcunun ümumdaxili məhsuldakı (ÜDM) payı azalmaqdadır. Keçən ilin aprelin də xarici dövlət borcu ÜDM-in 18 faizini təşkil edib, hazırda cəmi 12,5 faizdir. Azərbaycan  bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox aşağı salıb . Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın xarici                                                                                         borcu ÜDM-ə nisbətdə 10 faiz səviyyəsinə endirilməlidir. Bu hədəfə də nail olunacağı şübhəsizdir.

ÜDM-də xarici borcun payının tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir: “Bu ilin ilk rübünün nəticələri də göstərir ki, bu istiqamətdə ciddi uğurlar əldə etmək mümkün olub. Eyni zamanda  Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB ölkələri arasında ən yaxşı göstərici yəmalikdir.

Yerigəlmişkən, xarici  dövlət borcumuzun aşağı səviyyədə olması üçün reallaşdırılan bəzi tədbirlərə də nəzər salmaq istərdim. Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzunmüddət üçün Strategiyanın təsdiq edilməsi haqqında imzalanmış sərəncam bunu deməyə əsas verir ki, bu strategiyanın əsas məqsədi qlobal iqtisadiyyatda, habelə maliyyə bazarında baş verən proseslər fonunda ölkənin maliyyə dayanıqlılığının daha da gücləndirilməsinə, dövlət borc almalarında səmərəliliyin artırılmasına, qarşı da duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla bu sahədə risklərin səmərəli idarə edilməsi, eyni zamanda, nəzarət mexanizminin təkmilləşdirilməsinə nail olmaqdır.

     Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün alınan kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilən qiymətli kağızlardan ibarətdir.Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və                                                                                                         uzunmüddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və yeni büdcə qaydası təsdiq edilib. Həmin vaxtdan etibarən dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumidaxili məhsula nisbəti ilin əvvəlindəki faizdən bir qədər də aşağı düşmüşdür. 

      Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrdə borclanma payı keçən illərlə nisbətdə son dövrlərdə sürətlə artmaqdadır.Bir çox böyük ölkələrdə də bu artım müşahidə olunur. Digər ölkələrlə müqayis əetdikdə aydın görünür ki, Azərbaycan bu istiqamətdə böyük uğurlar əldə etmişdir. Bu,bir daha sübut edi ki, Azərbaycan da  müstəqil iqtisadi siyasət düzgün şəkildə həyata keçirilir.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri.