Əldə olunmuş böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu

22:49 28-06-2022 984

Uzun illərdir düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqı bir daha sübut etdiki,  bu torpaqlar məhz bizim əzəli torpaqlarımızdır. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağ ınincisi olan Şuşa şəhərini, azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi,  Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə çevrildi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları baş tutmadı.

Beləliklə, sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi  xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.Bu özü bir tarixi faktdır.

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır.   Bəyanat tam  Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş                         bölgələrimizin inkişafı istiqamətində artıq kifayət qədər nəhəng layihələrin icrasına başlayıb. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməklə Dağlıq Qarabağ problemini milli maraqlarımız çərçivəsin də həll  etdi. Beləliklə, artıq Dağlıq Qarabağ problemi yoxdur və Azərbaycanın bu tarixi ərazisində ikinci erməni dövləti yaratmaq iddialarına birdəfəlik son qoyulub. Bu tarixi reallığın müəllifi isə qeyd etdiyimiz kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Ermənistan unutmasın ki, dəmir yumruq yerindədir.Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün ərazilərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaqdır.

Müşfiq Səfərov,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri