YURDUMUN QƏHRƏMAN OĞLUSAN, YALÇIN

13:30 29-07-2022 1162

      44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə şərəf səhifəsi kimi yazıldı. 44 günlük müharibə 30 ilə yaxın yurd həsrəti ilə yaşayan soydaşlarımızın  bu həsrətinə son qoydu. Xalqımıza  sevinc bəxş etdi. Xalqımız  Silahlı Qüvvələrin Ali Baş Komandanı müzəffər İlham Əliyevin ətrafında dəmir yumuruq kimi birləşərək düşmənə elə zərbələr endirdi ki, mənfur ermənilər bu zərbələrin təsirindən  çətin ki, bir də ayıla bilsin.Müharibələr heç bir xalqa  sevinc bəxş etmir. Əksinə dağıntılar, itgilər və xəsarət alanlar olur.

    Xalqımız tarixlər boyu sülhsevər olub. Amma  yurda düşmən basqın edəndə ellikcə ayağa qalxmağı bacarmışıq və düşməni yerində oturda bilmişik...

  Birinci Qarabağ savsşından 30 ilə qədər bir vaxt ötdü.  Bu illər ərzində düşmənlərimiz  işğal etdikləri ərazilərimizin  sərvətini talayıb, evləri darmadağın etdi. Əvəzində həmin yerlərdə istehkamlar tikdilər. Onlar  inanmırdılar ki, Azərbaycan xalqı bir gün ayağa qalxıb itirilmiş ata-baba torpaqlarımızı düşməndən azad edəcək.Çünki mənfur ermənilər havadarlarına arxalanırdılar. Elə birinci Qarabağ savaşında da mənfur ermənilər havadarlarının hesabına torpaqlarımızı işğal etmişdilər. Birinci Qarabağ savaşında xeyli itgimiz və qazilərimiz oldu. Bunu xalqımız heç vaxt unuda bilməzdi. Ötən bu  otuz il ərzibdə xalqımız qüdrətləndi, ordumuz  gücləndi və düşməndən qisas alaraq torpaqlarımızı azad etmək üçün vaxt-məqam yetişdi...

   27 sentyabr 2020-ci il...

   Bu tarix XXI əsrdə Azərbaycan xalqının tarixinə yazılan  itirilmiş torpaqlarımızın azad olunmasına gedən yolun başlanığıcıdır.

   Bu tarix Vətən müharibəsinin başlanıcığıdır.

   Bu tarix ZƏFƏRƏ  gedən yolun başlanğıcıdır...

   Heç bir insan istəməz ki, yaxınları, doğmaları müharibədə həlak ola. Amma , çox təəssüflər olsun ki,müharibələr itkisiz keçinmir. Döyüşlərdə şəhidlik zirvəsinə ucalanlar da olur, döyüşçülərin döyüşərək yaralanıb bədən xəsarəti alaraq  əlilə çevirilənlər də olur, qazilər də olur, itgin düşənlər də olur...

Vətən müharibəsi başlayanda elimizin-obamızın  igid oğulları birlik göstərərək  torpaqlarımızın azadlığı uğurunda haqq savaçına qalxdılar. Beyləqanın da  igid oğulları səfərbər oldular. Belə oğullardan biri də Beyləqan rayonunun Örənqala kənd sakini Şəhid Dadaşzadə  Yalçın İsmayıl oğludur.

       Şəhid Dadaşzadə  Yalçın İsmayıl oğlu 1993-cü il  iyun ayının 10-da  Beyləqan rayonun Örənqala  kəndində  anadan olub. 1999-cu ildə  Örənqala qəsəbə  Milli Qəhrəman  Nazim Quliyev adına  kənd tam orta  məktəbində  birinci  sinifə gedib. Orta məktəbdə oxuduğu illərdə Yalçın sinif yoldaşlarının, müəllimlərinin hörmət və sevgisini qazanmışdır. Hələ kiçik yaşlarından hərbiçi olub Vətənin keşiyində dayanmaq arzusu ilə yaşamışdı, Yalçın. İbtidai sinifdə oxuduğu illərdə  müəllimlərinin, parta yoldaşlarənın rəğbətini qazanmışdı, Yalçın. Vətənpərvərliyi və təəssübkeşliyi ilə də fərqlənərdi.Böyüdükcə Vətən sevgisi, Vətən anlamı ildən-ilə onun içində  daha müqəddəs  bir hissə  çevirilirdi.

   -Mən vətənpərvər olacam, əsgər olacam,- deyərdi, Yalçın.

   Yalçın böyüdükcə vətənə olan sevgisi daha da artdı. Oxuduğu dərsliklərdən, kənd ağsaqqallarından Birinci Qarabağ savaşında  mənfur ermənilərin  törətdikləri vəhşilikləri eşitdikcə qəlbində  düşməndən qisas almaq hissi daha da alovlanırdı:

-Şəhidlərin qisasını alacağam, deyirdi.

Onun  gözlərində düşmənə nifrəti hər zaman görmək olardı.

   2010-cu ildə Yalçın Örənqala qəsəbə  Milli Qəhrəman  Nazim Quliyev adına  kənd tam orta  məktəbi  müvəffəqiyyətlə bitirir.

    Məktəbi bitirdikdən sonra  elə həmin il, 2010-cu ildə  Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən  müddətli hərbi xidmətə çağırılıb.

    Yalçın Dadaşzadə həqiqi hərbi xidmətini Goranboy  rayonunda  “N” saylı hərbi hissədə edib. Hərbi hissədən tərxis olduqdan sonra Yalçın Dadaşzadə Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə MAHHXHQ-kimi işləməyə başlayır.

2013-cü ildən MAHHXHQ-kimi işləyən Yalçın  ön cəbhədə  xidmətini davam edir. Elə həmin ildə Yalçın kəşviyat  kursunda olur və kəşviyata gedir. Xidmət etdiyi hərbi hissəədə ən fəal kəşviyyatçı kimi tanınır. Kəşviyata getdiyi zaman  bir erməni əsgərini əsir götürür.Bu igidliyinə görə hərbi hissə komandiri tərəfindən  Fəxri fərmanla mükafatlandırılır...

   Yalçın Şuşada olmamışdı. Şuşanı görməmişdi. Çox istəyirdi ki, Şuşanı azad edib, o dilbər  guşəni görsün.Həmişə ondan bu sözləri eşitmək olardı:

   -Şuşaya  ilk bayraq sancanlardan biri mən olacam. Dümməndən  qisasımızı alıb  torpaqlarımızı azad edəcəm.

Bu böyük arzu ilə yaşayırdı...

    Yalçın 2016-ci il aprel döyüşlərinin  fəal iştirakçılarından olub. Nümunəvi döyüşünə görə Komandanlıq tərəfindən Fəxri Fərmanla təltif olunub.

   Göstərdiyi  fəaliyyətlərə görə 2018-ci ildə Yalçın Dadaşzadə  gizir rütbəsinə layiq görülür və gizir kimi xidmətini davam edir.Gizir Yalçın Dadaşzadə 2018-ci ildə  Beyləqan rayon  “N” saylı hərbi hissədə Piyadanın Döyüş Maşınının (PDM -nın ) komandiri kimi  fəaliyyət göstərir.

Xidmət etdiyi illərdə düşmənə olan nifrəti daha da güclənir.İstəyirdi ki, müharibə olsun, müharibədə iştirak etsin , torpaqları azad etsin, həm də şəhid olmaq arzusu ilə yaşayırdı.

   Yalçın qohumları ilə danışanda hər dəfə :

   -“Mən şəhid olacağam”-deyərdi.

Qohumları da:

  -Yalçın ,sənə nə olub ki, niyə belə deyirsın,- deyərdilər.

Ona görə də yaxınları ilə görüş zamanı, Yalçın hərbi həyatından  elə də çox danışmazdı.

   2020-ci ilin iyun-iyul aylarında  mənfur ermənilər azğınlaşaraq  torpaqlarımıza  hücumlar etməyə başladılar.Mənfur düşmən müxtəlif bölgələrimizi iriçaplı silahlardan atəşə tutur, dinc əhalini qorxu içində saxlamağa çalışırdı.Tovuz döyüşlərində general Polad Həşimovun  şəhid olması onu  bərk sarsıtdı.

    Polad Həşimov şəhid olandan sonra  Yalçın şəkil düzəldib ancaq onu paylaşdı.

   -Cənab General qanın yerdə qalmayacaq!

   Bu sözünə də əməl etdi.

Nəhayət Yalçının gözlədiyi gün , zaman gəlmişdi.

    26 sentyabr 2020-ci il tarixdə Yalçın evə gəlmişdi. Ata-anası ilə, qohumları ilə görüşür. Amma sabah müharibə olacağı barədə heç kimə bir kəlmə də olsun demir.      26 sentyabr 2020-ci il tarixdə gülə-gülə işə gedir. Sabah isə, yəni 27 sentyabr 2020-ci ildə müharibə başlayır...

    Həmin gün Beyləqanın səmasnı müdhiş bir səs bürümüşdü. Bu hava siqinalı idi. Sentyabrın 27-də artıq hər kəs bilirdi ki, müharibə başlayıb. Yalçın müharibədədir.

Həmin gün ata-anası, qohumlarl nə qədər zəng edirlərsə də Yalçına zəng çatmır.Telefonların açmır. Nəhayət Yalçın telefonu açıb ata-anası ilə, qohumları ilə, yaxınları ilə danışır.Sözləri bu olur:

   -Şükür yaxşıyıq. Hər şey qaydasındadır. Mən də yaxşıyam,-deyib telefonu söndürür.

    Döyüş yoldaçlarının dediklərinə görə Yalçın  döyüşdə yaralanır.Yalçın. Şəhidləri  döyüç mövqeyindən  çıxarmağa kömək edir.

Bundan sonra Yalşına zəng çatmır. Telefonlarının heç biri açılmır.

Ata-anası, yaxınları Yalçın döyüşdə olan zaman  döyüşçü yoldaşlarının hansına zəng çatırdısa   onunla əlaqə saxalyardı. Onlar da bildirərdilər ki, Yalşın yaxşıdır. Həqiqətən də, Yalçın onda yaxşı idi.

    29 sentyabr 2020-ci il tarixdə Yalçının idarə etdiyi PDM-nı düşmən tərəfindən vurulur. PDM-nın içində olanlardan yaralananlar olur. Yalçın PDM-nın içində olan  yaralı qardaşını çıxarır. Silahını götürüb irəli gedir.Döyüşçü yoldaşları:

   -Yalçın, getmə, desələr də onları eşitmir. Yalçın  irəli gedir.Yalçının PDM-nı vurulduqdan sonra hardasa 30 km  piyada yol gedir.Döyüş mövqelərinə çatan zaman Yalçın  düşmən tərəfindən vurularaq şəhid olur.Şəhidlik zirvəsinə ucalır.

      Yalçının vəziyyəti barədə ata-anası, yaxınları  zəng edib soruşanda:

   -Yaxşıdır, görmüşük, döyüşür deyirlər.Şəbəkə olmadığı üçün telefonu açmır,  söyləyirlər.

   29 sentyabr döyüşçü yoldaşlarının  ata-anasına və yaxınlarına dedikləri sən demə yalan imiş.Döyüş zamanı Yalçın neytral zonada qalıbmış. Onu götürə bilmirlər. Nəhayət 01 oktyabr  2020-ci il tarixdə  zəng gəlir:

-Yalçın yaralanıb.

Heç kim bu sözə inanmır. Deyirlər ki, Yalçın hərbi Hospitaldadır. Yaxınları zəng edib maraqlanırlar. Yaralılar siyahısında Yalçının adı  çıxmır. Hər kəs sevinir ki, Yalçına heç nə olmayıb, yaralanmayıb. Amma, Yalçından xəbər yoxdur.

Zəng edib deyirlər ki, şəhidlər siyahısına baxın, görün Yalçının adı  orada var?

Valideynləri zəng edir, Yalçının adının  şəhidlər siyahısında  olub-olmamasını öyrənirlər.

Zəng gəlir ki, Yalçının adı şəhidlər  siyahısında var...

   Anası  Afət  Dadaşovanın dediklərindən:

   - Ailədə üç qardaş olublar. Üç qardaşın ortancılı idi, Yalçın.

Evdən ötəri  darıxan  Yalçınım bizi görmək üçün işdən imkan olan kimi tez-tez evə  gələrdi. Çox zəhmətkeş idi. Ailəsinə bağlı,Vətənini sevən, zarafatçıl, şən, gülərüz, heç kimi incitməyən, elinin-obasının gözündə qəhrəman kimi tanınırdı, mənim balam. Ailəsinə nə qədər bağlı olsa da  vətəninə daha çox bağlı idi. Bizi yox,Vətəni seçdi, mənim balam. Aylar keçir. Yalçınımın yoxluğuna inana bilmirəm. Mən elə hiss edirəm ki, Yalçın haradadırsa gələcək. Mən balama toy edəcəkdim, onu bəy görəcəkdim. Amma, bunlar qismət olmadı...

    Atası İsmayıl Dadaşovun dedikləri:

   -Övladlarımın hamısını şox istəyirəm. Amma, Yalçın başqa olmuşdu, mənim üçün hər zaman. Özümdən asılı deyildi. Yalçın balaca olanda  qaçıb gələrdi yanıma. Uşaqların içində daha çox onu öpüb, bağrıma basardım.Mənim oğlumun vətənə  olan sevgisini uşaq olarkən görmüşdüm onda.Yalçın böyüdükcə,-Vərəni düşməndən azad edəcəyəm, deyirdi. Düşmənlərdən  şəhidlərimizin qisasını alacağam, deyirdi, mənim balam.

Şuşanı görməmişdi. Amma, Şuşaya bayraq sancacam, deyirdi.

Əlbəttə, mənim balam  ən gözəl  zirvədədir, amma onun yoxluğu ilə  barışa bilmirəm....

    Qardaşı Rövşən Dadaşzadənin dediklərindən:

   -Qardaş həmişə  adama vacibdir, dayaqdır. İnsanın canı nə qədər  sağ olsa da  qardaş başqadır. Yalçın bizim içimizin ən şirini, ən sevimli, ən nadinci idi. Hər kəs onu  çox sevirdi, həmişə onunla fəxr edirdilər. İndi mənim qardaşım şəhid olub ən uca zirvəyə yüksəlib.Şəhid olmaq mənim qardaşımın arzusu idi. Qardaşım arzusuna çatıb. Amma, yoxluğu çətindir, nə qədər biz sağ olsaq da,  yenə də elə bilirsən nə isə kəmdir. Qoluyun gücü, qüvvəti yoxdur. Yalçın tamam başqa olmuşdu və yenə də başqa oğul oldu.

Qardaşı Tunar  Dadaşzadənin dediklərindən:

   -Mən qardaşımla fəfr edirəm. Fəxr edirəm ki, Yalçın kimi qardaşın qardaşıyam. Qardaşa qardaşdan yaxın  heç kim ola bilməz. Məkanı cənnətdi - qardaşımın və bütün şəhidlərin...

   Kənd arasında Yalçından söz düşəndə bu sözləri eşitmk olar:

-Biz həmişə Yalçınla  fəxr etmişik, həmişə sağ olanda da . Kim dara  düşsə, kimin köməyə ehtiyacı  varsa Yalçın həmişə kömək edərdi. Yalçın həmişə ata-anasının, yaxınlarının, elinin-obasının başını dik tutub, indi də gedişiylə də dik  tutdu.Amma, kəndimizin nəyisə kəmdi. Kəndimizin igidi yoxdu. Yalçının gedişi ata-anasını, yaxınlarını incitdiyi qədər, bizləri də sarsıtdı.

Yalçının valideynləri ilə fəxr  edirik ki, elə övlad, elə igid boya-başa  çatdırıblar.Yalçın sağ olanda da qəhrəman kimi tanınıb, şəhid olanda da qəhrəman kimi tanındı... 

   Dayıs Elsəvən Qasımovun  dediklərindən:

-Bacılarımın  uşaqlarının  içində  Yalçın həmişə mənə  çox fərqli, çox yaxın olub.  Yalçın balacılıqdan utancaq, ağıllı, zəhmətkeş, vətənpərvər olub.

Böyüyəndə də bu xasiyyətləri dəyişmədi.Əksinə Yalçında bu xasiyyətləri ilə  yanaşı digər müsbət xasiyyətləri də artdı...

    Yalçının xidmət etdiyi hərbi hissə  bizə yaxın idi. Yalçın günorta  dincəlmək saatı olanda bizə gələrdi. Sakitcə gəlib oturardı, heç kimdən heç nə istəməzdi. Çox utancaq idi.Kimsə ondan soruşanda ki, Yalçın nə istəyirsən? Sənə  nə qulluq edim?-deyə, sual verəndə Yalçının cavabı:

-Heç nə lazım deyil, əziyyət çəkməyin, gəlin otutun.

Çay süfrəsi zamanı da  Yalçın  deməzdi ki, mənə də çay süzün. Özü durar çayını süzərdi. Biz deyərdik:

-Yalçın sən otur biz çayı süzək.

Deyərdi:

-Siz əziyyət çəkməyin, özüm edərəm.

Yalçın hər kəsə qarşı həmişə belə diqqətcil olub. Heç kimə əziyyət vermək istəməyib. Yalçın nə qədər utancaq olsa da özəl həyatı haqqında  ona fikirlər  verən  onunla maraqlanan olmuşdum. Ona dayı yox, qardaş kimi olurdum.Qardaş kimi olurdum ki, utanıb, çəkinməsin.Bunu ona görə edirdim ki, mənimlə açıq olsun. Yalçın ailə həyatı qurmaq istəyirdi. Hər zaman ona fikir vermişəm. Hər zaman bizə gələndə  ailə həyatı qurmaq haqqında zarafatlar  edib, deyib-gülərdik.

   26 sentyabr 2020-ci il  tarixdə  Yalçın bizdə idi.Oturub söhbət etdik. Hər dəfə olduğu kimi ailə həyatı qurmaq haqqında söhbəti yenə də mən açdım.

Hər dəfə bu haqda mənimlə danışıb-gülən  Yalçın bu dəfə gülmürdü, çox bikef görünürdü. Nə qədər zarafatlar etdim, ailə həyatı qurmaq haqqında danışdımsa da  yenə də Yalçının  könlün aça bilmədim.Mən ona  ailə həyatı qur , deyəndə onun  cavabı bu oldu:

-Yox, dayı. Artıq keçib ondan . O söhbət qaldı artıq.

Mən də bilmirdim niyə belə deyir, axı? Hər dəfə mənimlə bu barədə zarafat edərdi.Nə oldu,mənim o, Yalçınıma?-deyə  fikirləşdim, öz-özümə...

Yalçın bir qədər bizdə oturduqdan sonra:

-Nə isə, dayı. Özünüzə yaxşı baxın,-deyib , sağollaşıb getdi...

...Sentyabr ayının 27-də bildim ki, bacım oğlu nədən “Dayı, ta ondan keçib”,-deyə sözlərini deyirmiş.Elə bu söz Yalçından gözlədiyim söz idi, çünki o, istəyirdi müharibə olsun. Torpaqlarımızı azad etsin, özü də Şəhid olsun...

Mənim balam öz arzusuna çatdı. Həmişəki kimi  başımızı uca etdi...

Yalçın elə oğul idi. Ondan nə qədər danışsam  ömürlər  çatmaz. Əvəzolunmaz olub bizim üçün. Hər zaman bütün işlərdə  fərqli olub.Ruhun daim şad olsun Şəhidim!

   Bibisi  Lalə Mehrəliyevanın dediklərindən:

   -“Şəhid  Yalçın Dadaşzadə”. Bu adla barışmasaq da həqiqətdir.Çünki bu adın xəyallarını qurardı. Yalçın haqda danışmaq üçün bir kəlmə, ya sətirlər... bəs etməz.Mən, Yalçını 1996-cı ildən, tam  üç yaşı varkən  tanımışam. Çox utancaq, sakit, şirin, qırmızı yanaqlı və mehriban idi. Onu danışdırmaqdan ötəri bilmirdim nə edim. Sonralar böyüyəndən sonra  bu elə də çətin olmadı. Çünki çox zaman mənimlə dərdləşər və  məsləhətlər alardı.  Yalçının vətənə olan sevgisi bir başqa idi. Heç yadımdan çıxmayacaq. Tez-tez telefonunda  vətənpərvərlik  haqqında  paylaşımlar edərdi. Ən çox da etdiyi  paylaşımı Milli Qəhrəman Mübariz İbrahimova  aid olan sevgisi və şəkillərini öz şəkilləriylə birləşdirib qoyması idi.Bu paylaşımı çox edirdi. Bir gün dözə bilmədim və dedim:

-Bibi qurban, belə eləmə,mən pis oluram.

Yalçının mənə cavabı  belə oldu:

-Bibican niyə başa düşmürsən axı, mən Mübariz İbrahimov kimi qorxmaz bir kəşviyatçı olub onun qisasını almağa and  içmişəm  və bunu edəcəm...

Yalçın  dəfələrlə mənə kəşviyata getdiyini gülərək, fəxrlə danışardı. Hər dəfə də,-“Bibi aramızaaaa” deyərdi...

Məm bilmirəm necə deyim..., necə yazım...Onunla olan xatirələr bitməz. Heç vaxt yaddan çıxmayacaq. Son... bizimlə danışığı,belə olub...Zəng oldu.  27 sentyabr 2020-ci il Əmisi ondan, bu nə xəbərdi soruşduqda isə gülə-gülə:

-Əmi biz burda toz-torpağı süpürə-süpürə gedirik. Heç narahat olmayın. İnşəallah bir-iki günə qələbə xəbərini eşidərsiniz.

Ordumuzun qələbə çalmasına əmin idi.

Yalçınla son danışığımız beləcə bitdi. Amma, adı-sanı çox ali olan Şəhidlik  zirvəsinə ucaldı.Çooxx çətindir. Çətin olduğu qədər də qürurludur. Çünki o, utancaq,ağıllı, qırmızı yanaq  şirin balamızı bütün Azərbaycan  tanıyır və tanıyacaq da. Hər zaman da onu və bütün Şəhidlərimizi anacağıq.

...Yalşın  öz nizam intizamı ilə də  xidmət etdiyi  hərbi hissədə  böyük hörmət qazanmışdı. Hərbinin sirrlərini öz əsgərlərinə  öyrədər, onlarıqətiyyətli olmağa hazırlayardı.

Şəhid Yalçın Dadaşzadənin  döyüşçü  qardaşı Təmkin Rəfiyevin  dediklərindən:

-Mən komandiri  2020-ci il sentyabr ayının 26-sı günü gördüm.

Qruplara bölündük.  Getdik  onların yanına. Məni Yalçının yanına  manqa komandiri vermişdilər.

Orada Yalçın  biizim  haradan olmağımızı soruşdu.  Yanımda olan döyüşçü qardaşlarımdan biri dedi:

-Onsuz da şəhid olacağıq.

Yalçın həmin an o,əsgərin  kəmərindən tutaraq onu silkələdi və dedi.

 –Sən niyə şəhid olursan? Sən düşməni məhv etməlisən. Vətəni azad etməlisən.  Sənin atan-anan yolunu gözləyir. Bu döyüşlərdən qalib çıxmalıyıq.  Axı, biz öz torpaqlarımızı  düşməndən azad etmək üçün döyüşürük. Torpaqları azad etməyincə biz rahat ola bilmərik.

-O söz heç vaxt yadımdan şıxmaz.

Yalçın:

-O əsgər də şəhid oldu, Yalçın da. Bizə qismət olmadı. O zirvə .Allah rəhmət eləsin.

...Hərbi hissənin  əsgərlər  sıraya düzüldükləri meydança var. Bizim tabor da həmin meydanda  dayanmıb əmr gözləyirdi.

Gecə saat 12:00-a qədər orada gözlədik.  Hamı getdi qaldı bizim tabor. 

Yalçın dedi:

-Day ver bu komandanı . Gedək də. Bezdik, burada dayanmaqdan.

... Döyüş başlayanda eyni maşında idik.  Piyadanın Döyüş Maşınını nəzərdə tuturam. Girdik döyüşə. Xeyli döyüşdükdən sonra maşının irəliləməsi üçün maneələr oldu. Bunu görən Yalçın maşını saxladı və dedi:

 -Düşün.

Maşından düşdük. Elə bu  vaxt  düşmənin güclü artileriya  hücumuna məruz qaldıq.  Orda mən və bir neçə döyüşçü qardaşlarım  yaralandıq.  Bizi təxliyə elədilər...

Hərbi Hospitalda idim.  Digər heyətdən bir  nəfər yaralı əsgər  gətirdilər. Yəni həmin  qardaşım da maşın sürücüsü idi. Ondan soruşdum:

-Hansı hərbi hissədənsən?

Dedi:

-Eyni hərbi hissədənik.

Dedim:

-Nə oldu filan maşın?

Dedi:

-O maşının sürücü-komandiri Dadaşzadə Yalçın şəhid oldu...

İgidlik göstərdi.Qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin...

    Azərbaycanın  ərazisinin  bütövlüyünün  təmin edilməsi uğurunda  döyüş əməliyyatlarında iştirak edən və hərbi  hissə qarşısında  qoyulmuş  tapşırıqların  icrası zamanı  vəzifə borcunu şərəflə  yerinə  yetirdiyi üçün  Azərbaycan Prezidenti  İlham Əliyevin  15 dekabr  2020-ci il tarixli  Sərəncamına əsasən Dadaşzadə  Yalçın İsmayıl oğlu ölümündən sonra  “Vətən uğurunda ” medalı ilə təltif edilib.

   Azərbaycan  Respublikasının Füzuli  rayonunun  azad edilməsi  uğurunda  aparılmış  döyüş əməliyyatlarında iştirak edərək  şəxsi igidlik və şücaət  nümayiş etdiyi üçün  Azərbaycan Prezidenti  İlham Əliyevin  25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Dadaşzadə  Yalçın İsmayıl oğlu ölümündən sonra  “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

    Şəhidlər xalqımızın qəlbində  əbəri yaşayırlar. Şəhidlərin xatirəsinə şəhər, kənd və qəsəbələrimizdə  onların ad günləri və şəhidlik zirvəsinə ucaldıqları gün xatırlanır. Şəhidlərimizin xatirəsinə müxtəlif tədbirlər keçirilir. Növbəti tədbirlərdən biri də Beyləqan rayon Tarixdiyarşünaslıq muzeyində keçirilib.

Şəhidlər bizim üçün Azərbaycançılıq meyarıdır.

Şəhidlər Vətən sevərlik nümunəsidir.

Şəhidlər vətənpərvərlimk nümunəsidir.

Şəhidlər unudulmayacaqdır.

Vətən torpaqlarının azad olunması uğurunda canların fəda edənlər  Tanrı dərgahına ucalanlardır.

Nə qədər ki, Azərbaycan var, şəhidlər xalqımızın  qəlbində əbədi yaşayacaqdır.

Vətən müharibəsində  xalqımızın nəhəng dəmir yumuruğa çevirildiyini gördük. Vətən müharibəsində  Xalqımızın birliyini gördük.

Torpaqlarımızı azad etdik.

 Şəhidlərimizin qisasını aldıq.

Xalqımızın birliyindən güc alıb düşmənə ZƏFƏR çaldıq.

Bu Zəfərin qazanılmasında Yalçın Dadaşzadənin də əvəzolunmaz  xidmətləri oldu. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, Aazərbaycan var Şəhidlərimiz xalqımızın qəlbində yaşayacaq.

 

 

Qorudun vətəni, qorudun eli,

Qovdun yurdumuzdan mənfur düşməni.

Azad oldu kəndlər, ellər- obalar,

Qeyd etdi ölkəmiz bu qələbəni

Yurdumun qəhrəman oğlusan, Yalçın!

 

Atıldın irəli  döyüşlərdə sən,

Ən çətin anlarda Yalçın,qorxmadın.

Vətən azad olsun,dedin hər zaman,

Polad Həşimovun qisasın aldın.

Yurdumun qəhrəman oğlusan, Yalçın!

 

Şəhidlər ölməzdir, ölməyibsən sən,

Tanrı dərgahına ucalıbsan sən.

Məkanın cənnətdir, igid-qəhrəman,

Sən qalib ölkənin  döyüşçüsüsən

Yurdumun qəhrəman oğlusan, Yalçın!

 

Şəhid olmaq idi ən böyük arzun,

Çatdın öz arzuna igid –qəhrəman.

Azad  eyləyərək yrdu düşməndən,

Şanlı Ordumuzla  yazdın bir dastan

Yurdumun qəhrəman oğlusan, Yalçın!

 

Şücaət göstərdin yenilməz oldun,

Qələbə gününü  görməsəndə sən.

Nə qədər bu yurd var, Azərbaycan var,

Sən elin-obanın ürəyindəsən

Yurdumun qəhrəman oğlusan, Yalçın!