Beyləqan  rayonunda Yeni Azərbaycan Partiyasının

təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib

22:27 03-11-2022 173

   1 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı Partiyanın təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirib.

      Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsi və rayon Şəhidlər Xiyabanı ziyarət olunub, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edilib.

    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

    Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu söylədi. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin zəngin irsi əsasında və ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

  Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı, cənab Asif Ağayev, YAP İdarə Heyətinin üzvü, Millət Vəkili Şahin İsmayılov, YAP İdarə Heyətinin üzvü, Professor Elnur Sadıqov, Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, Beyləqan rayonu, Araz qəsəbə ƏPT sədri Zaur Qədirov  və Beyləqan rayonu, Birinci Şahsevən bir saylı ƏPT sədri  Elnurə Kazımova çıxışlarında bildirdilər ki, Yeni Azərbaycan Partiyası ümumxalq Partiyasıdır və uğurlu siyasi fəaliyyətin nəticəsini -  tarixi Qələbəni təntənə ilə qeyd edirik. Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub. Çıxış edən natiqlər vurğuladılar ki, Yeni Azərbaycan Partiyası daima Partiya sıralarında olan veteranların, qadınların və gənclərin fəaliyyətini diqqət mərkəzində saxlayır. Çıxışlarının sonunda YAP-nın 30 illik yubileyi münasibəti ilə bütün Partiyadaşlarını təbrik etdilər.

    Milli Məclisin deputatı Şahin İsmayılov çıxışında vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır.

     Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirdi ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

       YAP İdarə Heyətinin üzvü, Professor Elnur Sadıqov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz Qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Bu gün əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, dünya birliyində söz sahibinə çevrilib.

       Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup veteran və gənc Partiya üzvü Fəxri Fərmanla təltif edilmiş və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilmişdir. Daha sonra, 44 günlük Vətən Müharibəsində iştirak etmiş bir qrup müharibə iştirakçısına Dövlətimiz tərəfindən verilmiş medallar təqdim edilmişdir.