Futbol yarışları keçirilmişdir

15:05 01-12-2022 409

 “Zərərli vərdişlərdən uzaq, yenilikçi region gəncləri  ” adlı qrant layihənin icrası zamanı məktəblilərin asudə vaxtlarının təşkili  məqsəd ilə hədəf məktəblərin hər birində 9-11 ci sinif şagirdlərindən ibarət futbol komnadası təşkil edilmiş və məktəblərarası  futbol yarışları keçirilmiş, qalib komandalar final mərhələsinə vəsiqə qazanmışdır. Final mərhələsində Beyləqan rayon Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin futbol komandası ilə Xocavənd rayon 4 saylı tam orta məktəbin futbol komandasının yarışı təşkil edilmişdir.Yarışda Beyləqan rayon Dünyamalılar kənd 1 nömrəli tam orta məktəbin futbol komandası 1 ci yerin qalibi olmuşdur.