Ermənistan, başqa millətləri qovub, başqasının torpağında özü üçün qondarma dövlət quran terror dövlətidir

14:16 28-12-2022 372

     Bu gün, Ermənistanın terror təşkilatlarının törətdikləri vəhşiliklərinin ağrı-acısını hələ də yaşayan Azərbaycan xalqı bölgədə sabitliyin təminatçısı kimi tanınır. Multikultural dəyərlərə sadiq, tolerant ölkə olan Azərbaycanda müxtəlif millətlərin birgə yaşaması illərdən bəri qorunan tolerantlığın nümunəsidir. Beynəlxalq terrora qarşı mübarizədə də fərqlənən xalqımızın gələcək nəslə ərmağan etdiyi ən yaxşı milli keyfiyyətlərindən biri də başqalarına qarşı səmimi olmaq, ehtiramla yanaşmaq, birgəyaşayış qaydalarına hörmət adətidir. Elə buna görədir ki, bütün bəşəri dəyərlərə sadiq ölkə kimi tanınan Azərbaycan dünya siyasətini maraqlandıran ən mühüm, aktual problemlərin müzakirəsi üçün platforma kimi seçilir. Eyni bölgədə yaşasaq da, törətdikləri qanlı faciələri ilə təkcə Azərbaycanı deyil, bütün dünyanı narahat edən terror təşkilatlarının fəal üzvləri olan Ermənistan haqqında insani keyfiyyətləri əks etdirən fikirlərin səsləndirilməsi qeyri-mümkündür. Uzun illərdən bəri etnik təmizləmə siyasətini dövlət səviyyəsində həyata keçirən, daşnak ünsürləri əsrlər boyu bu ideyalarının əsirinə çevrilərək aşkar, gizli şəkildə başqa millətlərə qarşı amansız olmuş, kütləvi qırğınların müəllifləri kimi tanınmışlar. 1905-1907, 1918-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları ötən əsrin axırında Xocalıda bir daha təkrar edən daşnak tör-töküntülərinin dünyada, o cümlədən, Şərq ölkələrində, MDB respublikalarında təşkil olunan terrorlarda mütləq “payı” və rolu vardır. Bu, danılmaz faktdır. Artıq, bu gün dünyamız güclü ilə gücsüz arasında gedən mübarizə meydanına çevrilib. İnsanları narahat edən elə mürəkkəb problemlər var ki, həllini gözləyir. Müharibələr, etnik, dini qarşıdurmalar nəticə olaraq, terrora aparan yol kimi faciələrlə nəticələnir. Bəllidir ki, bütün müharibə ocaqları başqaları tərəfindən planlaşdırılan ssenarilər əsasında yaranır. Radikal qrupları, terrorçuları maliyyələşdirməklə öz maraqlarını gerçəkləşdirməyə çalışanlar ilk növbədə şüuru hələ formalaşmamış, dünya siyasətindən bixəbər gəncləri ətraflarına toplayır, silahlandırır, gələcəyin qatillərini yetişdirirlər. Belə qruplarda birləşən, ən qəddar terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistanın Azərbaycanın mülki əhalisinə, infrastrukturuna qarşı törətdiyi terror aktları nəticəsində 2 mindən artıq dinc əhali qətlə yetirilmiş, işğal altında qalan Azərbaycan ərazilərində törədilən ekoloji terrorlar nəticəsində fauna və floraya ciddi ziyan vurulumuş, evlər viran qoyulmuş, vəhşiliyin kulminasiya nöqtəsi olan Xocalı şəhəri bir gecədə dağıdılmış, bütün əhalisi məhv edilmiş, insanlar diri-diri basdırılmış, yandırılmışdır. Ermənistan separatizm, ekstremizm, mütəşəkkil cinayətkarlıq, o cümlədən, narkotik maddələrin dövriyyəsi, çirkli pulların yuyulması və silah qaçaqmalçılığı ilə məşğul olan bir terrorçu dövlətdir. Haqlı olaraq bildirilir ki, beynəlxalq terror təşkilatlarının elementləri Ermənistanın təhlükəsizlik və müdafiə sektoruna inteqrasiya edlib. Beynəlxalq terrorizmə qarşı koalisiyada təmsil olunmaqdan imtina edən Ermənistan bu addımı ilə də terroru dövlət səviyyəsində dəstəklədiyini və Azərbaycanın mülki əhalisinə qarşı törətmiş olduğu çox sayda cinayətləri rəsmi şəkildə təsdiqləyir...

 Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.