Azərbaycan və Macarıstan dost ölkələrdir

15:11 03-02-2023 287

    Bildiyimiz kimi, Azərbaycan və Macarıstan arasında əlaqələr tarixi köklərə malikdir. Tarixdən gələn dostluq münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir. Heç təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu fakt özü-özlüyündə iki ölkə arasında tarixdən gələn dostluq münasibətlərinin bariz nümunəsidir. Azərbaycan-Macarıstan münasibətləri dostluğa, qardaşlığa, dövlətlərin və xalqların firavanlığına, inkişafına əsaslanır. Hal-hazırda iki dost ölkə arasında münasibətlər ortaq strateji hədəflərə əsaslanaraq uğurla inkişaf edir. Macarıstanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən biridir. Qarşılıqlı əməkdaşlıq davam edir və hər iki ölkə əlaqələrin daha da möhkəmləndirilməsi üçün ciddi tədbirlər həyata keçirməkdədir. 

    Ölkə Prezidenti, cənab İlham Əliyevin dost ölkə Macarıstana səfəri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkə Prezidenti, cənab Prezident İlham Əliyevin Macarıstana səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri və səfər zamanı strateji tərəfdaşlığın dərinləşməsinə dair imzalanmış Birgə Bəyannamə yuxarıda qeyd edilənlərin əyani sübutudur. Bu, Azərbaycan-Macarıstan tərəfindən strateji tərəfdaşlığa dair imzalanmış ikinci çox əhəmiyyətli sənəddir və hər iki dövlətin milli maraqlarına tam uyğundur.

    Azərbaycanla Macarıstanın iqtisadi sahədə əməkdaşlığında enerji məsələləri daha çox aktuallıq daşısa da, digər istiqamətlərdə də belə imkanlar kifayət qədər genişdir. İki dost ölkə nəqliyyat sahəsində koordinasiyalı fəaliyyət həyata keçirir. Son illərdə ölkə Prezidenti, cənab İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycanda müasir nəqliyyat infrastrukturu qurulub. Bunun da sayəsində açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika habına çevrilib.  Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Azərbaycan ilə Macarıstan arasında iqtisadi əməkdaşlıq ayrılıqda götürülmüş hansısa bir istiqamətlə məhdudlaşmır. Hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaq, investisiya qoyuluşunu artırmaq və podrat layihələrində iştirak etmək imkanları kifayət qədər genişdir.

     Bu gün, Azərbaycan Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə dost ölkələrin şirkətlərinin iştirakı ilə böyük bərpa və infrastruktur quruculuğu layihələri həyata keçirir. Macarıstan şirkətləri də bu sırada yer ala bilər...

  Sabit Mehdiyev,

 Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi.