Elman İsrafiloğlu

Poeziya-2023

10:55 04-02-2023 475

GÖZ YAŞININ RƏSMİ

 

Göz yaşını

çəkmək üçün,

Nə rəssam ,

nə fırça,

nə də ki,

boya lazımdı.

Bir acı söz kifayətdi,

ürəyini ağrıda...

 

SALA  MAT

(təcinis)

Azaflı o yatdı getdi,

Azaflı oy atdı getdi.

Azaflı oyatdı getdi,

O yanmadı, oyanmadı.

                 Azaflı Mikayıl

 

Dərd-qəmi at, ya daşı,

Şirin olmaz yad aşı.

Atma kəsək, ya daşı,

Başın olar salamat.

 

Külək qapdı o yunu,

Səpdi yerə oy unu.

Dünya şahmat oyunu,

De kim, kimi sala mat?

 

Bəxt Elmanı  oyatdı,

Oyanmadı, o yatdı.

Zaman ötdü oy atddı,

Salam zaman, salam at. 

 

 

QALA YAR

 

Bu yer bənzər odaya,

Yerdən çatmaz od Aya.

Vaxt bənzəmir o, daya,

Qaçan vaxtla qal, a  yar.

 

Zaman vaxtı bulayar,

Öz yarını bul, a yar.

Rəngi-rəngə bula, yar,

Yarın çəkir, qala yar.

 

Naşı yara ox ata,

Nə deyəsən oxa ta.

Mən gördüyüm o, xata,

Dərd üstə dərd  qalayar?!

 

Söz var rəngi al çalar,

Namərd olan alçalar.

Yetişəndə alçalar,

Gəl yanımda qal, a yar.

 

Bu dünyadan dərd dərin,

Eşq bağımdan dərd dərin,

Alışaraq dərddərin,

Qəlbimdə od  qalayar.

 

SEVGİSİZ YAŞAMAQ İSTƏMİRƏM MƏN

 

Qızılı yarparlar düşürdü yerə,

Payız eşitmirdi daha səsimi.

Payız sərilmişdi ayağım altda,

Anam toxuduğu  bir xalı kimi.

 

O qızın baxışı  payız rəngdəydi,

Daha gözlrimdə yer tapammırdı.

Bir sevgi içimdə hıçqırırdı hey,

Payızdan o yana,  o çıxmmırdı.

 

Düşürdü gözümdən sənsiz bu dünya,

Gözlərimdən axan göz yaşlarım tək.

Əllərim bu vaxtı saxlayammırdı,

Vaxt,zaman sevgimi sıxırdı bərk-bərk.

 

“Sənin həsrətindən ölürəm,- deyən,

Dili də bu zaman qıfıllmışdı.

Mənə səndən qalan bir dözüm idi,

Onu da bu  payız  məndən almışdı.

 

Bu yollar o qızın saçları idi,

Rəssam tək o qızın  rəsmini  çəkdim.

Sevgisiz yaşamaq istəmirəm mən,

Dünya, aç qapını mən çıxıb gedim.

 

GƏLMƏ

Fb-da Ulu Göyçəmiz qrupunun səhifəsinə daxil oldum. Dostluğumda olan  Eltun Türkelin  “Gəlmə” şeiri məni təsirləndirdi

 

Zalım fələk məni, ayırıb səndən,

Yanıma gül kimi solanda gəlmə.

Ömrümün günləri yaz olanda gəl,

Gözüm göz yaşıyla dolanda gəlmə.

 

Bu zaman köksümə  vurub yara çox,

Sözlərin qəlbimi  yaralayan ox,

Əllərim əlindən yapışanda yox,

Çiçəklər saçını  yolanda gəlmə.

 

Yolumuzdan səssiz ötən sevginin,

Zülmət gecələrdə itən sevginin,

Sonu ayrılıqla bitən sevginin ,

Zaman son akordun çalanda gəlmə.

 

Qaçar qaranlıqdan, qorxar kölgələr,

Sevgin ürəyimdə, qəlbdə dincələr.

Bu yolda başımız gör çəkib nələr?

Yolların qaranlıq olanda gəlmə.

 

Gir mənim qəlbimə, tənha üşümə,

Dodağın həsrətdi bir öpüşümə.

Bir dəstə gül ilə gəl görüşümə,

Əzrayıl canımı alanda gəlmə.

 23.07.2018-ci il.

 

 

BU PAYIZ YIXILIB YOLLARIM ÜSTƏ

 

Bir şair şerinin sətirlərindən,

Zülmətdən çıxırdı Payız səhəri.

Misralar tək dolğun, bir az da yorğun,

Yollara  baxırdı bir gözəl pəri.

 

Qızılı yarparlar düşürdü yerə,

Payız eşitmirdi daha səsimi.

Payız sərilmişdi ayağım altda,

Anam toxuduğu  bir xalı kimi.

 

Yarpaqlar yağırdı yollarım üstə,

Yarpaqlar  torpağın yorğanı idi.

Bu sarı, qırmızı yarpaqlar sanki,

Ömrün payız adlı bir anı idi.

 

O, qızın baxışı  payız rəngdəydi,

Daha gözlrimdə yer tapammırdı.

İşığa bürünüb, nura bürünüb

Payızdan o yana,  o, qaçammırdı.

 

Küləklər tutmuşdu onun əlindən,

Sevgi nəğməsini oxumaq üçün.

O, qız  günlərini  ilmələyirdi,

Payızı ömrünə toxuma üçün.

 

Gözümdən qaçırdı gülüş, sevincim,

Düşürdü göz yaşım  payızın üstə.

O, qızın sevgisin qaytarmaq üçün,

Sözlərim uçurddu  hey dəstə-dəstə.

 

 

YAXŞIDI

 

Azaldıqca tanıdığın adamlar,

Salamının sayı get-get azalar.

Nadan adamlarda hər cür üz olar,

Mərd kişilər elə dən-dən yaxşıdır.

 

Lovğa-lovğa ustadını süzmə çox,

Təbin yoxsa, gəl özünü üzmə çox.

Adi sözü misralara düzmə çox,

 Elə beyt var, bütöv bənddən yaxşıdır.

 

Bu dünyanın vədlərinə aldanma,

Haqq deyənin sözlərini, sən danma.

Hər gün dərdi, qəlbə geyib dolanma, 

Sevinc ara, sevinc dərddən yaxşıdır

 

Nuh Nəbidən bədxahlara söyüblər,

Halal kəsin çörəyini yeyiblər.

“Zər qədrini zərgər bilər deyiblər”,

Bal kimi söz şirin qənddən yaxşıdır.

 

Adam var ki, həqiqəti tutar yol,

Adam da var haqq yolunda olar kor.

İki üzlü, riyakardan uzaq ol,

Deməyinən, namərd mərddən yaxşıdır.

 

Zaman arxın Tanrı çəkib dünyada,

Elman bir bənd qurammazsan orada.

Zaman səni atıb sönməz bir oda,

Oda sədd  çək, o səd bənddən yaxşıdır.

 

 

GEDİRƏM

 

Əllərim göyü çapıb,

Səni yerlərdə tapıb.

Baxışlarımı səpib,

Gözlərinə, gedirəm.

 

Kaş bu sevgim sığına,

Açılan qollarına.

Dünya, al qucağına,

Düzlərinə, gedirəm.

 

Vədlərinə inandım.

Eşqinə cilalandım,

Yamanca tez  aldandım,

Sözlərinə,  gedirəm.

 

Fələk həddini aşmış,

Əksini daşa asmış.

Baxammıram  toz basmış,

İzlərinə, gedirəm.

 

GÜLLƏRİ HƏDİYYƏ VERƏRƏM SƏNƏ

 

Şirin xatirə tək yaddaşda qalan,

Məhəbbət heç zaman sevməyir yalan.

Ömrümün ən şirin çağları olan,

Günləri hədiyyə verərəm sənə.

 

İşıqlı günlərə qapılar açan,

Tellərin oxşayan, saçın oxşayan,

Sənə qucaq-qucaq sevgi daşıyan,

Əlləri hədiyyə verərəm sənə.

 

Bülbül nəğməsiylə hər səhər oyan,

Günəşin rəngi tək sevgimə boyan.

Sevgi bağçasında açıb, solmayan,

Gülləri hədiyyə verərəm sənə.

 

Əlini  isidən, qəlbinə dolan,

Qədəmi uğurla, nurla açılan.

Nurlu sabahları məhəbbət olan,

İlləri hədiyyə verərəm sənə.

 

Bu yerin, məkanın, İsrafiloğlu,

Çəməni, çiçəyi, həm şehli gülü.

Yazda lalə qolu, ətir qoxulu,

Çölləri hədiyyə verərdim sənə.