İTV-dən yeni sənədli film: Tanrı sizi qorusun - VİDEO

19:18 26-08-2019 1482

İctimai Televiziya və Radio Yayımları şirkəti yeni sənədli filmin nümayişinə hazırlaşır.

HerGun.Az xəbər verir ki, sözügedən ekran əsəri "Tanrı sizi qorusun" adlanır.

İnsanlarda müsbət şəxsi keyfiyyətlərin önəmindən və "yaxşılıq" məhfumundan bəhs edən filmdə daun sindromlu uşaqlar da rol alıblar.

Qeyd edək ki, ekran əsəri ilk dəfə bu gün, saat 21:55-də İTV ekranlarında nümayiş etdiriləcək.