Malayziya şirkətindən yeni superkar - FOTO

05:54 29-08-2019 1829

Avstraliyada Huori qardaşları tərəfindən qurulan şirkət 10 ildən sonra sükutu pozub.

10 i əvvəl şirkətin “Bufori Geneva” modeli debüt etmişdi və fəaliyyət dondurulmuşdu. Amma artıq malayziyalılar yeni superkarın prototipini nümayiş etdiriblər.

AvtoVesti” xəbər verir ki, kupe “Bufori CS” adlandırılıb. 4.5 metr uzunluğu olan superkar 19 düymlük disklərlə tchiz edilib. İnteryer isə “Fiat-Chrysler” konserninin komponentləri əsasında hazırlanıb.

Kapotun altında 3.6 litr həcmli atmosfer mühərriki var. Aqreqat 8 pilləri “ZF” sürətlər qutusu ilə çalışır və 320 at gücü hasil edir.

Bundan əlavə, yeni superkarın 500 at güclü mühərriki və, 750 at gücü hasil edən V8 tipli, 64 litr həcmli mühərriki olan versiyaları da var.

Huori qardaşları gələn ilin ilk yarısında seriya istehsalını planlaşdırırlar.