Prezident daha bir aktrisaya ev verdi

16:00 26-06-2019 1531

Azərbaycan Prezidenti İlham Əliyev Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Rzayevaya ev verib.

Bununla bağlı aktrisa “Instagram” hesabında məlumat verib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına! Möhtərəm cənab Prezident. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il keçir. Bu bayram münasibətilə Siz başda olmaqla, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bu bayram günündə mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, Sizə dərin minnətdarlğımı bildirirəm. 

Əziz Prezidentim! Allah Sizi rəhbərliyiniz altında daim irəli gedərək, günü-gündən inkişaf edən Azərbaycanımızın, Azərbaycan xalqının və dövlətimizin başı üzərindən əksik etməsin. Siz bütöv Azərbaycan xalqının ümid yerisiniz. Bu xalqın bir nümayəndəsi kimi mən də Sizinlə qürur duyur və fəxr edirəm.

Allah dövlətimizi, xalqımızı və Sizi qorusun!” - V.Zeynalova yazıb.