Analoqu olmayan silah: meteoritləri də vura bilər - FOTO

10:27 23-09-2019 522

Rusiyanın yeni “S-500” hava hücumundan müdafiə sistemləri Yerə doğru hərəkət edən meteoritləri məhv etmək gücündədir.

HerGun.Az-ın məlumatına görə, bu barədə Çinin “Sina” nəşri yazıb.

Qeyd olunub ki, dünya bazarlarında Rusiyanın zenit raket sistemlərinə tələbat artmaqdadır.

Bildirilir ki, “S-50 bütün müasir təyyarələri və hətta meteoritləri vura bilmək gücündədir.

“S-500” eyni anda 10 hədəfi vurmağa qadirdir.

Qeyd edək ki, Rusiya yeni silahı hələlik heç bir pul müqabilində satmağa hazırlaşmır.

Sistem ilk növbədə Rusiya ordusu üçün hazırlanır. Rusiya tərəfi bəyan edir ki, orduya müasir silahlar veriləndən sonra “S-500”lərin satışı barəsində düşünmək olar.

Xatırladaq ki, dünyada “S-500”lərin analoqu yoxdur.

Aqşin Kərimov