Azərbaycanın Əməkdar artisti vəfat etdi

21:18 29-09-2019 649

Əməkdar artist, dirijor Ziya Bağırov vəfat edib.

HerGun.Az xəbər verir ki, bununla bağlı məlumatı Nüşabə Ələsgərli sosial media hesabında paylaşıb.

Qeyd edək ki, Z.Bağırov uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb.

Peşəkar fəaliyyəti ilə bağlı bir çox xariсi ölkələrdə qastrol səfərlərinə gedib, Azərbaycan mədəniyyətini təmsil edib.

Allah rəhmət eləsin!