Qazaxda qaz təchizatında fasilələr olacaq

10:09 03-10-2019 648

Oktyabrın 3-də ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Belə ki, saat 14:00-dan 16:00-dək iki saat müddətinə Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər dörd yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.