Bakıda əfsanəvi Emir Kusturitsanın konserti olacaq

23:27 06-10-2019 644

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi rejissor və musiqiçi Emir Kusturitsa və onun "The No Smoking Orchestra" qrupunun konserti keçiriləcək.
 
Emir Kusturitsa 1999-cu ildə "The No Smoking Orchestra" qrupunu yaradıb və onun daimi üzvüdür. 
 
Kusturitsa qrupun tərkibində gitaraçı kimi çıxış edir. "The No Smoking Orchestra" qrupu rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. 
 
Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin özlərinin də iştirakçısına çevrildikləri möhtəşəm şou təqdim edir.