İran uranın zənginləşdirilməsi prosesinə başladı

04:00 07-11-2019 8

İran uranın zənginləşdirilməsi prosesinə başlayıb.

TASS xəbər verir ki, bu barədə İran İslam Respublikasının Atom Enerjisi üzrə Təşkilatı məlumat yayıb.

Zənginləşdirmə prosesi Fordodakı obyektdə həyata keçirilir.

ABŞ və Fransa Tehranın bu addımını artıq pisləyib.

Sentyabrda İran prezidenti Həsən Ruhani bildirmişdi ki, ölkəsi uranın zənginləşdirilməsi üçün elmi-tədqiqat işini bərpa etmək niyyətindədir.