Kiyevdə motosikletçi “Mercedes”ə qumbara atdı, 1 nəfər öldü - VİDEO

04:40 07-11-2019 9

Kiyevdə naməlum motosikletçi maşına qumbara atıb.

UNİAN” xəbər verir ki, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hücuma məruz qalan qara “Mercedes” farmatsevtik şirkətin direktoru İqor Saloya məxsusdur. Partlayış nəticəsində həlak olan onun sürücüsüdür. Direktor özü və daha bir sərnişin yaralanaraq xəstəxanaya yerləşdirilib.

Ukrayna paytaxtında motosikletçinin tutulmas üzrə əməliyyat planı elan olunub. Hadisə yerində güc strukturlarının nümayəndələri və xilasedicilər işləyirlər.