Ancelina Coli Bred Pitin qadağasından danışdı

01:40 08-11-2019 520

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli “Harper's Bazaar” dərgisinə verdiyi açıqlamalar ilə gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, dərginin üz qabığına cəsarətli və seksual pozalar verən gözəl aktrisa, müsahibəsində şəxsi həyatından danışıb. Coli 6 uşağı ilə xarici bir ölkəyə köçmək istədiyini, ancaq keçmiş həyat yoldaşı Hollivud aktyoru Bred Pitin icazə vermədiyi üçün bunu edə bilmədiyini dilə gətirib:

“İndi atalarının yaşamaq üçün seçdiyi yerdə yaşayıram...”

Qeyd edək ki, Coli Pitlə boşanmaq üçün 2016-cı ilin sentyabrında məhkəməyə rəsmi şəkildə müraciət edib. Cazibədar aktrisanın bu cür addım atmasına səbəb həyat yoldaşının uşaqlara qarşı düzgün olmayan tərbiyə üsullarından istifadə etməsi olub. Hətta gəzən dedi-qodulara görə, içkili vəziyyətdə olan Bred böyük oğlu Meddoksa şəxsi təyyarələrində əl qaldırıb. Daha sonra bu xəbər öz təsdiqini tapmamışdı. Cütlüyün qalmaqallı boşanma prosesi bu ilin aprel ayında sona çatıb.

Rəşad Əliyev