“Barselona”nın baş məşqçisi postunda Valverdeni o əvəzləyə bilər

02:00 08-11-2019 466

“Barselona”nın baş məşqçisi Ernesto Valverdinin komandadan gedəcəyi tarix müzakirə obyektidir. İspaniya mətbuatının yazdığına görə, bu mövsümün sonu Valverde “Barselona” ilə yollarını ayıracaq.

Baş məşqçinin yerinə əsas namizəd kimi Hollandiya millisinin çalışdırıcısı Ronald Kuman göstərilir.

Əvvəllər Kumanın Hollandiya millisini Avro 2020-dən sonra tərk edəcəyi də deyilirdi.

Qeyd edək ki, Kuman əvvəllər “Barselona”nın heyətində oyunçu kimi çıxış edib. O, komanda ilə 4 dəfə İspaniya çempionatını, UEFA Çempionlar Kubokunu, İspaniya Kubokunu və UEFA Superkubokunu qazanıb.