Çində gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxdı

03:40 08-11-2019 693

Çində dözülməz ağrı ilə xəstəxanaya çatdırılan gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxarıldı.

“FoxNews” bildirir ki, Çinin Sanhı şəhərində 24 yaşlı oğlan ailə üzvlərinə dözülməz dərəcədə ağrıyan qulağına işıq salaraq baxmalarını istəyib.

Qulağında böyük bir hamam böcəyi görən ailə onu tezliklə şəhər xəstəxanasına aparıblar.

Xəstəxanada Cong Yicin adlı həkim tərəfindən müalicə alan oğlanın qulağından biri böyük 10-u bala olmaqla 11 hamam böcəyi çıxarılıb.

Həkim hadisənin səbəbini gənc oğlanın yatağının yanında yarımçıq yemək saxlamaq vərdişində görüb. Böcəklərin oğlanın qulağında nə qədər yaşadığı isə dəqiq bilinmir.